Hadisə

AZAL-ın geri qayıdan təyyarəsi Bakıya yola düşdü

20 İyun 2017 11:26
0 Şərh     Baxış: 1 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AZAL-ın Şoudu hava limanına məcburi eniş edən təyyarəsi artıq Bakıya yola salınıb.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a "Azərbaycan Hava Yolları" ASC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, hava limanında təyyarəyə mühəndislər tərəfindən baxış keçirilib.

"Heç bir problemə rast gəlinmədiyi üçün prosedur qaydalarından sonra təyyarə Bakıda yola salınıb. Təyyarənin saat 13:00-da Bakıya enəcəyini gözləyirik".

Qeyd edək ki, Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb. Təyyarə havaya qalxdıqdan sonra "Boeing 767" hava gəmisinin komandiri geri qayıtmaq qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.