Hadisə

Azərbaycanda halı pisləşən vəzifəli şəxs xəstəxanada ölüb

19 İyun 2017 23:56
4 Şərh     Baxış: 6 588

Ucarda iş otağında halı pisləşən vəzifəli şəxs xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün gündüz saatlarında Ucar Suvarma Sistemləri İdarəsinin müdiri, 1962-ci il təvəllüdlü Əlkiram Həmid oğlu Mahmudovun  iş otağında halı qəflətən pisləşib.

O, Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilərək ilkin tibbi yardım göstərilib. Həkimlər xəstəyə vəziyyətin ciddiliyini anladaraq təcili müalicə olunmasını tövsiyə ediblər.  Ə. Mahmudov həkimin nəzarəti ilə  Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb və müayinə otağında  dünyasını dəyişib. 
 
İlkin məlumata görə, mərhumun ölümünə səbəb ürəyində yaranan problem olub. Xəstəxanadan verilən məlumata görə, bu ilin fevral ayında da Ucar Mərkəzi Rayon xəstəxanasında müayinə olunan Ə. Mahmudova həkimlər xəstəliyin ciddiliyini anladaraq təcili olaraq müalicə almasını tövsiyə ediblər.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    zumrud · 20 İyun 01:2700

    ne dehwetli xeber oxudum men cox sarsildim.Elikiram muellimin ölumuwoka saldi meni.ALLAH rehmet elesin.boyuk urek agrisi ile bawsagligi verirem heyat yoldawi Kifayet xanima bacilarina Ruhile muellimeye Aynur xanima Heqiqet xanima Emine xanima övladlarina. ALLAH sebr versin...

    Cavab yaz
  • Anonim
    $.$.$. · 20 İyun 08:2200

    hec kim bilmir başına nələr gələcək Allah rəhmət etsin

    Cavab yaz
  • Anonim
    Niko · 20 İyun 09:1100

    Yegin camahatin ahi tutub onu .

    Cavab yaz
  • Anonim
    Zen · 20 İyun 14:1900

    Öluyede söz tapırsız demeye. Allah rehmet elesın

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.