23:18
Astaranın Siyəkü kəndində elektrik cərəyanı vurması nəticəsində ağır xəsarətlər alan Tarzan Zahirov xəstəxanada ölüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən T.Zahirovun həyatını xilas etmək mümkün olmayıb.
----------
21:15
Astara sakinini cərəyan vurub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb.
Kənd sakini, 1984-cü il təvəllüdlü Tarzan Süleyman oğlu Zahirov evində elektrik naqili ilə ehtiyatsız davranması səbəbindən cərəyan onu vurub.
Zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Milli.Az