Hadisə

Azərbaycanlılar üçün darıxan ermənilərdən İNANILMAZ SÖZLƏR

19 İyun 2017 14:36
6 Şərh     Baxış: 5 422

Rusiyanın "Şimal həqiqəti" (Pravda Severa) qəzetinin əməkdaşı Aleksey Morozov Ermənistana səfər edərək, bu ölkədən reportaj hazırlayıb.

Reportajda diqqət çəkən məqam ermənilərin Dağlıq Qarabağ münaqişəsindən yorulduqları və azərbaycanlılarla keçmişdə olan yaxşı münasibətlər üçün darıxdığı haqda dedikləridir.

A.Morozovu Gümrüdən İrəvana aparan Vano adlı qoca erməni yoxsulluqdan şikayətlənir.

"Biz yoxsul yaşayırıq, iş yoxdur, əhalinin çoxu çörək dalınca Rusiyaya gedir. Bütün günah Dağlıq Qarabağ münaqişəsindədir. Bu münaqişəyə çoxlu pul gedir və bizim uşaqlarımız müharibədə məhv olurlar. Mən SSRİ vaxtı hərbi xidməti Azərbaycanda keçmişəm. Onlar çox qonaqpərvər və sevimlidirlər. Bizə daim süfrələrini açıblar. Bizim keçmişdə çox yaxşı münasibətlərimiz var idi. Kim bilərdi ki, belə olacaq", - deyə o, Qarabağın işğalından sonra başlanan hərbi qarşıdurmadan təəssüflənir.

Müəllif Ermənistanda əhalinin acınacaqlı vəziyyətdə yaşadığını yazır.

Onun sözlərinə görə, İrəvanın bəzi küçələri müasir və rəngarəng görünür, lakin şəhər ətrafına, eləcə də respublikanın digər bölgələrinə getdikcə boz və yoxsul həyat qarşımıza çıxır: "Sevan (Göyçə) gölünə baş çəkəndən sonra sürücü məni kiçik bir şəhərciyə gətirdi. Yol boyu cır-cındır geyimli insanlar, xəfif küləyin təsirindən uçacaq qədər tör-töküntü olan daxmalar, acınacaqlı həyat qarşımıza çıxdı. Xalq şikayət edir və keçmişi xatırlayırlar. Onlar SSRİ-də yaşadıqları gözəl günlərə qayıtmaq istəyirlər və qəti şəkildə müharibənin əleyhinədirlər".

A.Morozov qeyd edir ki, Ermənistanda kişilər ailələrini saxlamaq üçün hər cür işə əl atırlar.

"Taksi sürücüsü, ayaqqabı təmizləmək, pinəçi və s. Ailədə yaşamaq üçün qadınlar da işləməyə məcburdur. Burada kazinolar, restoranlar, klublar da var. Lakin oraya yalnız varlılar gedir, onların da sayı çox azdır. Hər kəs varlıları adı ilə tanıyır", - deyə o vurğulayıb. (publika.az)

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Esger · 19 İyun 15:0391

    Geberin insaellah

    Cavab yaz
  • Anonim
    Seva--- · 19 İyun 15:1171

    Qudurqan milletsiz

    Cavab yaz
  • Anonim
    Rüstəmova · 19 İyun 15:2951

    Betər olsunlar.

    Cavab yaz
  • Anonim
    ŞAH · 19 İyun 16:0981

    ƏQRƏBLƏRİ VAXTINDA TANIMAMIŞIQ BURAXMIŞIQ CƏNNƏT AZƏRBAYCANIMIZA NƏTİCƏSİ BİZƏ FACİƏ OLUB--ƏZRAYİL ÜCÜN DARIXIN CƏHƏNNƏMDƏ YAŞAYASIZ.SİZİN MURDAR SİFƏTİNİZİ ŞEYTAN VARLIĞINIZI GÖRMƏK İSTƏMİRİK.

    Cavab yaz
  • Anonim
    Sevil · 19 İyun 16:1141

    Bizi ele terifleye terifleye ishgal etdi unsur ermeni....

    Cavab yaz
  • Anonim
    Sabina · 19 İyun 17:5531

    qeberin qedir qiymet bilmiyen nankorlar beter olun.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.