Hadisə

Külək ağacı avtomobilin üzərinə aşırıb, sürücü sıxılmış vəziyyətdə qalıb - VİDEO

16 İyun 2017 21:27
0 Şərh     Baxış: 782

Qəfil güclənən külək irigövdəli ağacı avtomobilin üzərinə aşırıb, 30 yaşlı sürücü xəsarət alıb.

Milli.Az məlumat verir ki, hadisə Mingəçevir şəhəri, Nizami küçəsində baş verib. Şəhər sakini Rəvan Əliyev avtomobili ilə adıçəkilən ərazidən keçərəkən kökündən qopan nəhəng ağac onun üzərinə aşıb. Nəticədə sürücü əzilən avtomobilin içində qalıb. Dərhal ətrafdakilar köməksiz vəziyyətdə olan 30 yaşlı şəhər sakinini yararsız vəziyyətdə olan maşından çıxarıblar. Müxtəlif bədən xəsarətləri aldığından, o, xəstəxanaya yerləşdirilib. Adiçəkilən ünvanda yaşayan sakinlərin sözlərinə görə, belə hadisələr ərazidə tez-tez təkararalanır. Binaların yaxınlığında ömrünü başa vuran irigövdəli ağaclar çoxluq təşkil edir. Külək əsən zaman isə onlar tab gətirmədən aşaraq müəyyən problemlərə yol açır. /xezerxeber.az

Milli.Az

Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.​ Külək ağacı avtomobilin üzərinə aşırıb, sürücü sıxılmış vəziyyətdə qalıb - 1

Külək ağacı avtomobilin üzərinə aşırıb, sürücü sıxılmış vəziyyətdə qalıb - 2

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.