Hadisə

Ermənistan ordusu kəndlərimizi atəşə tutdu

16 İyun 2017 10:05
6 Şərh     Baxış: 1 306

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və piyadanın döyüş maşınından (1 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 129 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

6 Şərh:

  • Anonim
    ŞAH · 16 İyun 10:2120

    BƏLKƏ BİZ VƏZİYYƏTİ DƏYİŞƏK --ERMƏNİLƏR ƏLİMİZDƏN DAD QILSIN DESİNLƏR Kİ AZƏRBAYCAN ORDUSU ERMƏNİ TƏRƏFƏ DİNCLİK VERMİR MÖVQELƏRİ ATƏŞƏ TUTUR.BELƏ OLSA DAHA YAXŞI OLAR CÜNKİ ONLAR BİZİM ƏRAZİYƏ GİRMİŞ İŞĞALCILARDIR.

    Cavab yaz
    • Anonim
      Ibrehım · 16 İyun 17:4700

      Ermenı terefde ne gorunurse ne bellı olunubsa mehv etmek gerekır. Ermenı xalqı mılletcılık epıdemıyasına tutulub, resmı yerevanın sıyasetı uzunden , onlarla yalnız guc yolu ıle danıshmaq lazımdır.....

      Cavab yaz
  • Anonim
    Rüstəmova · 16 İyun 10:3020

    Allah əsgər və zabitlərimizi qorusun erməni alçaqlarının fitnəəsindən.Amin

    Cavab yaz
  • Anonim
    Aze_Boy · 16 İyun 10:3410

    ortada sulh yoxki sehidimiz var

    Cavab yaz
  • Anonim
    ALLAHIN QULU · 16 İyun 11:1030

    Allah vətənimizi zabitlərimizi əsgərlərimizi erməni şərəfsizlərindən alçaqlarından qorusun amin

    Cavab yaz
  • Anonim
    melek b · 16 İyun 11:4730

    Allah esgerlerimizi qorusun.Amin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.