Hadisə

Azərbaycanda avtomobil dəmir maneəyə çırpıldı - Yaralılar var - YENİLƏNİB - FOTO

13 İyun 2017 20:56
0 Şərh     Baxış: 7 753

20:56

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Mİlli.Az ARB Kəpəz-ə istinadla xəbər verir ki, qəza Bakı-Qazax magistralının 371-ci km-də qeydə alınıb. Goranboy rayonun Dəyirmanlar kənd sakini, 37 yaşlı Saday Allahverdiyev "QAZ-3129" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan dəmir maneəyə çırpılıb.

Qəza zamanı sürücü ağır, sərnişini-həyat yoldaşı 46 yaşlı Mahirə Məmmədrzayeva isə yüngül xəsarət alıb. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Saday Allahverdiyevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

----------

19:06

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Goranboy rayon sakini, 1980-ci il təvəllüdlü Allahverdiyev Saday Əşrəf oğlu idarə etdiyi "QAZ-24" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan dəmir maneəyə çırpılıb. Qəza zamanı sürücü ağır, sərnişini isə yüngül xəsarət alıb. S. Allahverdiyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.