Hadisə

Şəkidə iki nəfəri it dişlədi

29 May 2017 18:44
2 Şərh     Baxış: 6 058

Şəkidə iki nəfəri it dişləyib.

Milli.Az bildirir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, bu gün rayonun Əliyar kənd sakini, 1964-cü il təvəllüdlü Hünbət Mirzəxan oğlu Məmmədov və Çeşməli kənd sakini, 1954-cü il təvəllüdlü Ramazan Əşrəf oğlu Şahmərdanov it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olublar.
 
Məlum olub ki, Hünbət Məmmədovu yaşadığı ünvanda öz itləri sağ əlindən, Ramazan Şahmərdanovu isə sahibsiz it sağ ayağının baldır nahiyəsindən dişləyib. Hər iki şəxsə  müvafiq tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Elxan · 29 May 18:4610

    Amma dişləyən 100% bu it deyil).

    Cavab yaz
    • Anonim
      Tebiet · 29 May 22:1300

      Başlığı oxiyan kimi şəkilə baxdım, ürəyimdə mən də dedim axı bu şəkildəki it məzluma oxşayır )

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.