Hadisə

Bakıda yolu keçmək istəyən 2 qadını avtomobil vurub

19 May 2017 08:46
1 Şərh     Baxış: 1 232

Bakının Nəsimi və Nərimanov rayonları ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki,  ilk hadisə Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Yolu keçmək istəyən 1979-cü il təvəllüdlü Nuriyeva Bahar Vaqif qızını "Mercedes" markalı avtomobil vurub.

Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirib.

Digər hadisə Nəsimi rayonunda yerləşən Dədə Qorqud parkı yaxınlığında qeydə alınıb. Yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Qasımova Məxbulə Musa qızını avtomobil vurub. Yaralı, sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    qedirzade · 19 May 09:0600

    24 saat erzinde mediada yer alan 4cu piyada vurulmasi xeberidi. yer alti piyada kecidlerini coxaltmaq lazimdir o cumleden suruculerde suret heddini awmasa ela olar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.