Hadisə

52 yaşlı kişi xəsarətlə xəstəxanaya yerləşdirilib

19 May 2017 08:26
0 Şərh     Baxış: 385

Şəmkir sakini ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Sərxan kənd sakini 1965-ci il təvəllüdlü Məclimov İsrail Qurban oğlu başın təpə nahiyəsinin kəsilmiş və sol said nahiyəsinin didilmiş yarası xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Ağır sərxoş olan İ. Məclimovun hansı şəraitdə xəsarət aldığı hələ ki məlum deyil.

Faktla bağlı hüquq  mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.