Hadisə

Bakıda evlilik verilişində əlil qızla evlənib boşanan Röyal Türkiyədə ekranlara çıxdı - FOTO

17 May 2017 14:48
4 Şərh     Baxış: 11 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İllər əvvəl Zaur Baxşəliyevin ATV-də yayımlanan "Onun yarısı" proqramında iştirak edən Röyal Məmmədovu, yəqin ki, bir çoxlarınız xatırladınız.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, qalmaqallı açıqlamaları və verilişdəki mövqeyi ilə fərqlənən Röyal uzun müddət gündəmi zəbt edən iştirakçılardan olmuşdu. İllər öncə Röyal həmin verilişdə Aytən adlı danışma qüsuru olan xanımla ailə qurmuşdu. Lakin daha sonra bəlli oldu ki, Röyal Aytəndən ayrılıb və Türkiyəyə köçüb. Bu yaxınlarda isə Röyal Türkiyədəki evlilik verilişlərinin birində yenidən ortaya çıxıb.

O, iki ay öncə "Star TV"də yayımlanan "Zuhal Topalla" izdivac verilişinə qatılıb və Naz adlı iştirakçıya elçi düşmüşdü. Nazdan arzuladığı cavabı ala bilməyən Röyal fəaliyyətini davam etdirərək, bu dəfə "Show TV"-də yayımlanan "Evleneceksen gel" verilişinə qatılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.