Hadisə

Erməni snayperləri ön xətdə - Təxribat davam edir

17 Mart 2017 09:29
4 Şərh     Baxış: 1 801

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Vazaşen, Berkaber, Noyemberyan rayonunun Voskevan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Qızılhacılı, Quşçu Ayrım, Qaymaqlı və Kəmərli kəndlərində, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Ağbulaq kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Şuraabad, Şıxlar, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Oruc · 17 Mart 09:4200

    Cənab ali baş komandan əmr verin ordumuz o digalari susdursun

    Cavab yaz
  • Anonim
    N · 17 Mart 10:4300

    biz özümüzä vakum bombasĩ yaratmalĩyıq.eriklärin isdär snayperi isdär här hansi gizlänän canlı qüvvälrin bununla tam 100/100 mähv etmäk olar.

    Cavab yaz
  • Anonim
    * · 17 Mart 19:1800

    BIZIM SNAYPERLƏR DƏ ÖN XƏTDƏ BEŞQAT ARTIQ OTURMALIDIR--YAVAŞ-YAVAŞ BU ŞƏRƏFSİZLƏRİ --QARĞA QUZĞUN KİMİ DƏNLƏMƏLİDİRLƏR.

    Cavab yaz
  • Anonim
    Od Yalo · 18 Mart 00:2300

    Cenab nezir dusmeni mehv etmeye emir verin. Torpaqlar azad edilmelidir. Gorunurki ermeni sulh istemir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.