Hadisə

İki avtomobil toqquşub, yaralanan var - FOTO

11 Yanvar 2017 22:17
0 Şərh     Baxış: 1 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayon ərazisində qeydə alınıb.

10 LL 586 dövlət nömrə nişanlı "VAZ-2106" markalı maşınla  61 BE 957 dövlət nömrə nişanlı VAZ-2107 markalı maşın toqquşub.
 
Nəticədə VAZ-2107-nin sürücüsü baş nahiyəsindən xəsarət alıb. Rayon polis şöbəsinin növbətçi hissəsindən hadisənin baş verdiyi təsdiqlənsə də sürücülərin şəxsiyyəti barədə məlumatsız olduqları bildirildi. İlkin ehtimala görə hadisəyə  yüksək sürət səbəb olub.
 
Faktla bağlı rayon polis şöbəsində  araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.