Hadisə

Ermənilər mövqelərimizi vurdular

11 Yanvar 2017 09:27
3 Şərh     Baxış: 1 764

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, işğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Irade · 11 Yanvar 11:3300

    Bu murdarlarin bawini birdefelik ezmek lazimdir.23-25 ildir eyni seyi esidirik.

    Cavab yaz
  • Anonim
    Gulxar · 11 Yanvar 16:0000

    Menim ucun en vacib xeber cebhe bolgesindendi.Oqlum orda sengerdedi.

    Cavab yaz
    • Anonim
      Irade · 11 Yanvar 20:1300

      Allah butun esgerlerimizi qorusun.O tekce sizin oqlunuz deyil Gulxar xanim.Esger oqullarimiz butun analarin oqullaridir.Allahin nezeri daima ustlerinde olsun.Saq salamat qulluq edib evlerine donsunler.Amin.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.