Hadisə

Yaşayış məntəqələrini birləşdirən yol çökdü - VİDEO - FOTO

1 Dekabr 2016 18:48
0 Şərh     Baxış: 2 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xızıda sürüşmənin aktivləşməsi Xızı-Altıağac yolunda təhlükə yaradıb.

Milli.Az ARB Şimal-a istinadən xəbər verir ki, 23 noyabr tarixində baş verən sürüşmə daha da aktivləşib.

Nəticədə 11 yaşayış məntəqəsini birləşdirən yola ciddi ziyan dəyib. Sürüşmə nəticəsində yolun bir neçə hissəsində ümumilikdə bir kilometrədək məsafədə çökmələr baş verib, asfalt qatı dağılıb. Torpaq sürüşməsindən sonra Xızı-Altıağac yolunda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılsa da, qısa müddətdən sonra bərpa olunub.

Xızı-Altıağac yolu yeni çəkildiyindən 3 qat asfaltın bir qatı vurulub. Sürüşmə nəticəsində yolboyu istinad divarları və yol kənarında hasarlar 2 metr irəli gəlib. Yolda hərəkətin bərpası üçün ötən gün axşam saatlarından "Azəravtoyol " ASC-nin canlı qüvvəsi və texnikası əraziyə cəlb edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, sürüşməyə atmosfer yağıntıları və noyabrın ortalarında Xəzər dənizində baş vermiş zəlzələnin təsiri səbəb olub.

Xızı Rayon İcra Hakimiyyətindən ARB-yə bildirildi ki, Xızı - Altıağac avtomobil yolunun 16-17-ci kilometrliyində sürüşmə yoldan savayı təbii qaz və elektrik enerjisi ilə təminatda da problemlər yaradıb.

Hadisə nəticəsində Altıağac qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz xəttinə xeyli ziyan dəyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yaşayış məntəqələrini birləşdirən yol çökdü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.