Sevgilisini güllələyib öldürdü - YENİLƏNİB - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
15:58
Qazaxda gənc qadını odlu silahla qətlə yetirən şəxs tutulub.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin Trend-ə daxil olan birgə məlumatına əsasən, Qazax rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən "isti izlər"lə həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də rayon sakini, 1986-cı il təvəllüdlü Abdullayeva Aynurə Xanqulu qızını qətlə yetirmiş şəxs tutularaq istintaqa cəlb edilib.
Belə ki, həmin tarixdə saat 16 radələrində A.Abdullayevanın yaşadığı evdə odlu silahla yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Rayon hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini, 1968-ci il təvəllüdlü Veyisov Məcid Haqverdi oğlu tutulub.
İstintaq zamanı H.Veyisovun qeyd edilən tarixdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu A.Abdullayevanı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə sonuncuya bir dəfə atəş açaraq qəsdən öldürdüyü müəyyən edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
---------
09:28
Qazaxda qətl hadisəsi törədilib. 29 yaşlı rayon sakini qeyri-rəsmi nikah münasibətində yaşadığı şəxs tərəfindən güllələnərək öldürülüb. Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, hadisə rayonun Əliağa Şıxlinski küçəsi bina 5, mənzil 39 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1 uşaq anası 29 yaşlı Aynurə Abdullayeva özündən 19 yaş böyük, qeyri-rəsmi nikah münasibətində yaşadığı Məcid Veyisov tərəfindən güllələnərək öldürülüb.
Mərhumun atası Xanqulu Abdullayevin sözlərinə görə, Qazax rayonu Daş Salahlı kənd sakini 48 yaşlı Məcid Veyisov onun evinə özü ilə ov tüfəngi gətirib. Mərhumun atası silahla maraqlandıqda ona ferması üçün aldığını deyib. Amma bir neçə dəqiqə sonra sevgililər arasında yaranan mübahisə zamanı Məcid Veyisov yaxın məsafədən odlu silahla Aynurənin baş nahiyəsinə atəş açıb. Daha sonra isə hadisə yerindən qaçıb. Qətl törədilən əraziyə rayonun hüquq mühafizə orqanı əməkdaşları çağırılıblar. Təxirəsalınmaz tədbirlər nəticəsində hadisə yerindən qaçan Məcid Veyisov saxlanılaraq istintaqa təhvil verilib. Baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb.
----------------
01.03.2015
21:32
Bu gün Qazax rayonunda törədilmiş qətlin üstü açılıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, Qazax şəhərində 29 yaşlı A.Abdulovanın qeyri-rəsmi nikah münasibətində yaşadığı Məcid Veyisov tərəfindən güllələnməsi müəyyən edilib. Təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, qətlin səbəbi araşdırılır. Qeyd edək ki, M.Veyisov Daş Salahlı kəndinin sakinidir.
-------
19:32
Bu gün Qazax rayonunda dəhşətli qətl törədilib.
Milli.Az lent.az-a istinadən bildirir ki, Qazax şəhərinin mərkəzində, Əliağa Şıxlinski küçəsində 1986-cı il təvəllüdlü Abdullayeva Aynurə Xanqulu qızı güllələnərək qətlə yetirilib.
Hadisənin kim tərəfindən, hansı səbəbdən törədilməsi hələlik məlum deyil.
Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Milli.Az
------------------
02.03.2015
12:05
Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Husilərlə Cüneyd qəbiləsi arasında döyüşlər başladı
-
“Şamaxı” Qətər klubuna qarşı yoxlama oyununa çıxacaq
-
"Bayer" yeni transferini etdi
-
Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik edib
-
Kürdəmirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var
-
Ölkədə hava necə olub? - Rəsmi
-
Ukraynadan Rusiya ordusunun itkiləri ilə bağlı son statistika
-
Cənubi Çin dənizində gəmi batdı - 23 nəfər itkin düşdü
-
Bakıda evdə meyit aşkarlandı
-
Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var
-
Səudiyyə Ərəbistanında hava həyəcanı: Husilər neft obyektlərini hədəf aldı
-
Zelenski Rusiyanın Şimali Koreya planını açıqladı
-
Elbrus dağında faciə: İki alpinist öldü, dörd nəfər itkin düşdü
-
Şəkidə ağır qəza: Ölən və yaralanan var
-
Xəzər dənizində zəlzələ oldu
-
Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
-
Maşında ürəkbulanma: Pediatrdan valideynlərə məsləhət
-
Yayda arılardan qurtulmağın ən sadə yolu
-
Meyvə və tərəvəzləri daha uzun müddət təzə saxlamağın yolu
-
Ayaqlarınızı duz və soda ilə yuyun: Görün nə edir...
-
Hansı ayda doğulan insanlar daha çox yaşayır?
-
Mətbəxdəki bu məhsul tıxanmış boruları açır
-
Yatmazdan əvvəl hansı qidalar yuxusuzluğa səbəb olur?





