Hadisə

Rusiya vətəndaşı Azərbaycanda qəza törətdi: 3 yaralı

20 Fevral 2015 14:08
0 Şərh     Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İsmayıllıda Azərbaycan və Rusiya vətəndaşlarının avtomobillərinin toqquşması nəticəsində 3 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-da saat 06 radələrində İsmayıllı rayonu ərazisində Sumqayıt şəhər sakini Elnur Qəhrəmanovun idarə etdiyi "Hyundai" və Rusiya Federasiyası vətəndaşı Rafik Abramovun idarə etdiyi "Ksoy" markalı avtomobillər toqquşub.

R.Abramov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.