Bakıda sərnişin avtobusu qadının ayağının ətini sümüyündən ayırdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Binə" ticarət mərkəzi-"20 Yanvar" dairəsi marşrutu üzrə hərəkət edən 193 saylı sərnişin avtobusu qəza törədib. Sərnişin avtobusun orta qapısından salona daxil olmaq istəyərkən sürücü maşını işə salıb. Nəticədə qadın yıxılıb və avtobusun arxa təkəri onun ayaqlarının üstündən keçib."Binə" ticarət mərkəzi - "20 Yanvar" dairəsi marşrutu üzrə hərəkət edən avtobus dəhşətli qəza törətdi
Bu barədə virtualaz.org saytına hadisə zamanı zərərçəkən Ağca Heydər qızı Abbasovanın yaxınları məlumat veriblər.
Şikayətçilərin sözlərinə görə, Səbayel rayonu, 20-ci Sahə, Arif İsmayılov küçəsi, ev 13-də yaşayan Ağca Abbasova artıq üç dəfə əməliyyat keçirib: "Hadisə noyabrın 17-də baş verib. Sürücü Ağcanın minməsini gözləmədən avtobusu sürüb. Təkər qadının ayaqları üstündən keçib, ət sümükdən ayrılıb, yəni sümük qırılaraq ətə qarışıb".
Hadisə barədə Səbayel Rayon Polis İdarəsinə də məlumat verilib: "Sürücü qadına yardım göstərmədən qaçıb. Bu barədə Səbayel Rayon Polis İdarəsi 8-ci polis bölməsinə şikayət etmişik. Amma indiyədək sürücünü "tapa bilməyiblər". İşi araşdıran müstəntiq dedi ki, sürücü rayona gedib, gələn kimi izahat alacağıq. Ağca Abbasova dul qadındır, aptekdə xadiməlik edərək uşağını böyüdür. Onun əməliyyatı üçün qohumları bankdan kredit götürüblər. Həkimlər qadının hələ uzun müddət yeriyə bilməyəcəyini deyirlər. Bəs necə dolanacaq? Bankdan götürdüyü kreditləri necə ödəyəcək? Avtobusun məxsus olduğu şirkət də onunla maraqlanmayıb. Heç olmasa insanlıq naminə xəstəxanaya gedib onunla maraqlana bilərdilər".
Zərərçəkənin qohumları deyirlər ki, hadisə ilə bağlı müxtəlif qurumlara şikayət ediblər. Onlar sürücünün cəzalandırılmasını tələb edir və dövlət başçısından kömək istəyirlər.
Səbayel Rayon Polis İdarəsindən isə virtualaz.org saytına bildiriblər ki, hadisədən xəbərdardırlar: "Sürücü saxlanılacaq, polis bu fakt üzrə işləyir. Yəni işi araşdırırıq".
Onu da qeyd edək ki, 193 və 207 saylı avtobuslar "Binə" ticarət mərkəzinin direktoru Kəbirə Məmmədovaya məxsusdur.
K.Məmmədovanın sahibi olduğu "Binə" ticarət mərkəzindən isə suallarımıza elə sualla cavab verdilər: "Təsadüfən baş verən qəza nə vaxtdan cinayət sayılır ki? Niyə sizə şikayət edirlər?"
Qeyd edək ki, son bir ildə 193 saylı marşrutla bağlı mətbuatda dəfələrlə məlumatlar yazılıb.
Oktyabrın 20-də "İçərişəhər" metrosuna yaxın ərazidə, "Bəy hamamı" yaxınlığında 77 saylı sərnişin avtobusu ilə 193 saylı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində xəsarət alanlar olub.
Sentyabrın 11-də, günün ikinci yarısında Bakının Səbayel rayonu ərazisində çəkilən videogörüntü yayılıb. Neftçilər prospektində, "Dalğa Plaza"nın qarşısında yaranmış tıxac zamanı 88 və 193 saylı marşrut avtobusları qarşı yola çıxaraq yüksək sürətlə hərəkət etməklə qəza şəraiti yaradıblar.
Oktyabrın 29-da Yasamal rayonunun H.Cavid prospektində dövlət qeydiyyat nişanı müəyyən edilməmiş 193 saylı xətt avtobusunun naməlum sürücüsünün qəflətən əyləci basması nəticəsində sərnişin, Bakı şəhər sakini, professor Vaqif Əbdülqasımov yıxılıb və o, xəstəxanaya yerləşdirilib. Ağır xəsarət alan V.Əbdülqasımov bir neçə dəfə əməliyyat olunsa da dünyasını dəyişib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Özcanın ailəsində yenə qalmaqal - Anası bacısını məhkəməyə verdi
-
Göygöldə Yaylaq Festivalında çardaq uçdu - Xəsarət alanlar var
-
Bu bürclər üçün sevgi və pul qapısı açıldı
-
"Arka Sokaklar" tarixə qovuşdu
-
Kadir İnanırın mirası ortaya çıxdı
-
Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
-
Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi
-
Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək
-
Qaxda bıçaqlanma
-
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
-
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu
-
“Özü kəfən geyinib aramızdan köçdü, balasına yardım lazımdır“
-
Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
-
TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı
-
Ağdamda xəstəxana tikintisinin davamına 17 milyon manat xərclənəcək
-
Məhərrəmlik nə vaxt bitir?
-
Tokayevdən Putinə çağırış: Münaqişəni dondurun, İstanbul danışıqlarına qayıdın
-
Polis axtarışda olan 106 nəfəri tutdu
-
Bakı-Tbilisi qatarı da yolda qaldı
-
Azərbaycanda uşağın zəncirlənməsi iddiası: DİN araşdırmaya başladı
-
Sabah çimərliklərdə 30 dərəcə isti olacaq
-
"Səsləndirilənlər Ayaz Mustafayevin məsuliyyəti üzərindən atmaq cəhdidir" - Vado Karovin
-
Qızıl bahalaşdı
-
Natəvan Quliyeva vəfat etdi





