"Qurtuluş” Reabilitasiya Mərkəzi işi üzrə məhkəmənin vaxtı müəyyənləşib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəsdən sağlamlığa az ağır zərər vurma, adam oğurluğu və əzab verməkdə təqsirləndirilən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Milli.Az xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fərid Nəsimiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası 12 iyuna təyin edilib.
Qeyd edək ki, "Qurtuluş Reabilitasiya Mərkəzi" MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. İlkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilib ki, toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsə, oğurlanmış şəxsə əzab vermə), 144.3 (ağır nəticələrə səbəb olan adam oğurluğu), 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Aprel ayında həbs müddəti daha iki ay uzadılıb.
Qeyd olunan qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi məqsədilə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir./apa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paytaxtda zəncirvari qəzada xəsarət alanların son vəziyyəti - VİDEO - YENİLƏNİB
-
"Qurtuluş” Reabilitasiya Mərkəzi işi üzrə məhkəmənin vaxtı müəyyənləşib
-
Keçmiş məhkum 7 kq narkotiklə tutuldu
-
Polisdən hərəkətdə olan maşının üstünə uzanan qadınla bağlı AÇIQLAMA - Yenilənib - VİDEO
-
İcra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində QƏRAR
-
Dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb
XƏBƏR LENTİ
-
Paytaxtda tıxac yükü artır - Mütəxəssislər xəbərdarlıq edir
-
Tarkanın konsertində bu hərəkəti BƏYƏNİLDİ - VİDEO
-
Tramp: "İran nüvə silahından imtina etməyə hazırdır"
-
Baş nazirdən MÜHÜM QƏRAR
-
Paytaxtda zəncirvari qəzada xəsarət alanların son vəziyyəti - VİDEO - YENİLƏNİB
-
Kamil Zeynallının qızı ilə VİDEOsu KÖVRƏLTDİ
-
Əməkdar artistin səhhətində problem yarandı - FOTO
-
"Liverpul"un keçmiş ulduzu 31 yaşında karyerasını BİTİRDİ
-
"Turan Tovuz" Şəhriyar Əliyevi göndərdi
-
DYP-dən parklanma qaydaları ilə bağlı AÇIQLAMA - FOTO
-
"Toya gəlməsən də pulu kartıma at deyir"
-
ABŞ İrana üzən neft tankerini vurdu
-
Yayda günəş altında satılan məhsulları almayın - Səbəb çox ciddidir
-
Sloveniya Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
DÇ-2026-nın açılış oyununun hakimi BƏLLİ OLDU
-
Qax və Zaqatalada ayı görüntüləndi - VİDEO
-
iOS 27 yeniləməsi yayımlandı - Hansı iPhone-lar dəstəkləyir?
-
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb - Gündəlikdə 10 məsələ var
-
"Qurtuluş” Reabilitasiya Mərkəzi işi üzrə məhkəmənin vaxtı müəyyənləşib
-
Bakının Məmmədli qəsəbəsində göl daşdı, həyətlər çirkab su ilə doldu
-
Şadlıq saraylarında sıxlıq: Məhərrəmlik öncəsi toy bumu
-
Türkiyədə azana hörmətsizlik edən müğənni səhnədən QOVULDU - VİDEO
-
Keçmiş məhkum 7 kq narkotiklə tutuldu
-
Moskvada güclü partlayış - General öldü - VİDEO





