Hadisə

Bazarda yoxlama - Nöqsanlar üzə çıxdı

9 İyun 2026 12:37
Baxış: 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tərtər rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən "Zülfüqaroğlu" MMC-yə məxsus "Tərtər" bazarında yoxlama keçiriblər.

Bu barədə Milli.Az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, bazarda süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatları olmayan məhsulların satışa çıxarıldığı məlum olub. Həmçinin məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.