Hadisə

Nərimanovda “Opel” yandı, “Mercedes”ə də ziyan dəydi - VİDEO

24 May 2026 19:00
Baxış: 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən "Opel" markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Yüksək temperaturun təsirindən yaxınlıqda park edilmiş "Mercedes" markalı minik avtomobilinin bamperi deformasiya edib. Xəsarət alan olmayıb.

Avtomobillərin digər hissələri yanğından mühafizə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.