Hadisə

Kiyevə hücum zamanı Azərbaycan səfirliyinə ziyan dəyib

24 May 2026 10:57
Baxış: 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə kütləvi raket zərbələri nəticəsində mülki infrastrukturlara ciddi ziyan dəyib, dağıntılar var.

Milli.Az Azərtac-a istinadən xəbər verir ki,  raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi Şevçenko rayonu ərazisinə hədəflənib. Bəzi raketlər isə səfirlikdən 300 metr məsafəyə düşüb. Hava zərbələri nəticəsində səfirliyin pəncərələri sınıb.

Səfirliyə yaxın ərazilərə raket zərbələrinin vurulması nəticəsində "Lukyanovka" bazarı və "Kvadrat" ticarət mərkəzi tamamilə yanaraq məhv olub. Həmçinin bəzi yaşayış binalarında da dağıntılar qeydə alınıb.

Kiyev şəhər meri Vitali Kliçkonun açıqlamasına görə, hava zərbələri nəticəsində azı iki nəfər həlak olub, 40-dan çox insan isə xəsarət alıb. Yaralıların 28-i xəstaxanaya yerləşdirilib, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.

Dağıntılar təmizləndikdən sonra həlak olan və xəsarət alanların sayında dəyişikliyin olacağı istisna deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.