Hadisə

Eltilər arasında dava zamanı 6 yaşlı uşaq bıçaq xəsarəti aldı

24 May 2026 10:31
Baxış: 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Kürdəmirdə iki elti arasında düşən dava azyaşlının yaralanması ilə nəticələnib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Mürtülü kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri olan eltilər arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb.

Mübahisə zamanı qadınlardan biri bıçağa əl atıb. Bu vaxt bıçaq yaxınlıqda olan 2019-cu il təvəllüdlü Nuray Mehman qızı Cəbrayılovanın çənə nahiyəsinə dəyib.

Bıçaq xəsarəti alan azyaşlı dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır./bizim.media

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.