Elşən Şamilov Azərbaycana gətirilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Şamilov Elşən Həsən oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Milli.Az xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Elşən Şamilovun Əfqan Əliyev və Hidayət Həsənovla qabaqcadan əlbir olaraq 30.07.1993-cü il tarixdə tamah məqsədilə mənzilə basqın edərək bir nəfəri qətlə yetirməsinə, daha sonra müxtəlif vaxtlarda qeyd olunan şəxslərə birgə digər cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən Elşən Şamilovun təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində 08.05.2025-ci il tarixdə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Almaniya ərazisində müəyyən edilərək saxlanılıb.
Hazırda Elşən Şamilovun ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.
Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən Interpol ilə sıx əməkdaşlığı davam etdirir.
Aysel
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qızılı çox olanlara pis xəbər
-
Mesinin komandası uduzdu
-
Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası (Foto)
-
Balidə Azərbaycan və Ermənistan restoranı diqqət çəkdi - (Foto)
-
Naxçıvan ərazisində ağır qəza: 6 yaralı var - (Foto)
-
Qumral əri ilə eşqə gəldi: Sevgi dolu anları diqqət çəkdi - (Foto)
-
TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək
-
Bu rayonlarımıza qar yağdı
-
Narın dənələri bu üsulla bir anda bir-birindən ayrılır - (Video)
-
Ukrayna Belqoroda kabus yaşatdı: Ölü və yaralılar var
-
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
-
İsraildən Türkiyəyə güc nümayişi
-
Salyanda evə ildırım düşdü (Video)
-
ABŞ-yə yeni təklif: Hörmüzü açırıq, əvəzində...
-
Əməkdar artist dekolteli geyimi ilə diqqət çəkdi – (Video)
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər
-
Güllünün ölümü ilə bağlı şok detal
-
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - (Foto)
-
ABŞ-də atışma: 12 yaralı var
-
Millimiz bu gün 2 oyuna çıxacaq
-
90-cı illərin məşhur müğənnisi illər sonra - (Foto)
-
Xırdalanda maşın aşdı - Sürücü yaralandı
-
Tramp: Danimarka əla davrandı, Qrenlandiyanı bizə verdilər
-
Rusiyada güclü zəlzələ oldu





