Bakıda marketlərin birində oğurluq hadisəsi baş verib.
Milli.Az-ın əldə etdiyi məlumata görə, marketin təhlükəsizlik kamerasına düşən görüntülərdə bir ailənin aldıqları ət məhsullarını uşaq arabasına və özləri ilə gətirdikləri digər paketlərə yerləşdirdiyi görünür.
Görüntülərdən aydın olur ki, onlar həmçinin market səbətindəki digər məhsullardan da gətirdikləri paketə yığırlar.
Bu hadisənin həmin şəxslər tərəfindən 4-cü dəfədir təkrarlandığı iddia olunur.
Mina Mikayılova
Milli.Az





