Hadisə

Alıcı kimi mağazaya daxil oldu, qır-qızılı oğurlayıb getdi

7 Dekabr 2025 16:05
Baxış: 1 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonunda bir nəfər alıcı kimi mağazaya daxil olaraq orada olan qızıl-zinət əşyalarını yoxlamaq adı ilə üzərinə taxıb və daha sonra gizlicə mağazadan uzaqlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, bu barədə polisə müraciət edən zərərçəkənə 3 480 manat maddi ziyan dəydiyi məlum olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı N.Dadaşova müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisindəki digər bir mağazada da analoji hadisə baş verib. Naməlum şəxs mağazadakı "smart" saatı oğurlayıb və əvvəlcədən əlbir olduğu sürücü dostunun idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşıblar. Əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V.Rzayev və 33 yaşlı S.Paşazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.