Hadisə

Kürdəmirdə mikroavtobus heyvan sürüsünə çırpılıb, 10 baş qoyun tələf olub - FOTO

2 Noyabr 2025 11:46
Baxış: 572
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kürdəmirdə sərnişin daşıyan mikroavtobus xırdabuynuzlu heyvan sürüsünə çırpılıb.

Milli.Az report..az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeyd alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən qarşısına çıxan qoyun sürüsünü vurub. Hadisə nəticəsində 18 baş qoyundan 10-u tələf olub.

Təsərrüfat sahibi Şahlar Quliyevin sözlərinə görə, ona ümumilikdə 8 min manata yaxın maddi ziyan dəyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.