Hadisə

Sədərək yolunda avtobus yük maşınına ÇIRPILDI - VİDEO

27 Fevral 2025 15:29
Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Qaradağ rayonu ərazisində sərnişin avtobusu qəzaya düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Qeyd olunub ki, bu gün səhər saatlarında 596 nömrəli sərnişin avtobusu yük maşınına çırpılıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq xəttin məxsus olduğu "F-Rövşən" İstehsalat Mərkəzinin direktoru Elşən Quliyev faktı təsdiqləyib:

"Avtobus "Sədərək" Ticarət Mərkəzidən üzü şəhər istiqamətinə gələndə "Mercedes" markalı avtomobil sürüşüb avtobusa çırpılıb. Bu səbəbdən avtobus da sürüşərək yük maşınına dəyib.

Avtobusda sürücüdən başqa heç kim olmayıb. Xəsarət yoxdur. Avtobusun ön hissəsinə ziyan dəyib", - deyə E. Quliyev bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.