Hadisə

Biznes ledinin evindən meyiti tapıldı

27 Fevral 2025 10:45
Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Muğlanın ( Türkiyə ) Bodrum mahalında yaşayan iş qadını və tanınmış qolfçu Beyhan Benardete evində ölü tapılıb.

Milli.Az xəbər verir ki, Çamlık məhəlləsindəki yaşayış kompleksində qalan 60 yaşlı Benardete ilə əlaqə saxlanıla bilmədikdə bununla bağlı aidiyyəti qurumlara bildirilib. Xilasedicilər evə daxil olduqda onun hərəkətsiz vəziyyətdə olduğu müəyyən edilib.

Hadisə yerinə gələn prokurorluq əməkdaşları onun bədənində hər hansı zorakılıq izinə rast gəlinmədiyi bildirib. Mərhumun cənazəsi ilkin tibbi müayinədən sonra Muğla Tibbi Ekspertiza İnstitutuna göndərilib. İş dünyasında və qolf camiəsində tanınan Benardetenin qəfil ölümü yaxınlarını və sevənlərini kədərə boğub.

İsmayıl
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.