Azərbaycanda dəhşətli qəza: 5 hərbçi HƏLAK OLDU - MN adları açıqladı - Yenilənib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
00:37
Tovuzda ağır yol qəzasında ölən və xəsarət alan mülki şəxslərin kimliyi məlum olub.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan E.Həsənov dünyasını dəyişib.
Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarəti alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
23:45
Tovuzda 5 hərbi qulluqçu olmaqla, 6 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Milli.Az report-a istinadən xəbər verir ki, qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
22:45
Müdafiə Nazirliyi Tovuzda yol qəzasında ölənlərdən beşinin hərbçi olduğu açıqlayıb.
Milli.Az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Qeyd edək ki, Tovuzda "Mercedes" və "Vaz" markalı avtomobillər toqquşub, nəticədə 6 nəfər ölüb.
22:11
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Ceyrançöl adlanan ərazidə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "MERCEDES" markalı minik avtomobili ilə "VAZ 2106" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə "MERCEDES" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan yeniyetməni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş altı nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
--------
21:26
Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" və "Vaz" markalı avtomobillər toqquşub. Qəza zamanı 6 nəfərin öldüyü bildirilir.
Ölənlərin arasında hərbçilər də var.
Hadisə yerinə Tovuz RPŞ-nin əməkdaşları cəlb olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabiq Pentaqon rəhbəri: ABŞ-İran münaqişəsi daha 6 ay davam edə bilər
-
Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı - Yenilənib
-
Tramp Ayı da "özününküləşdirdi"
-
Şarl Lekler "Formula-1"də qəza törətdi, görməsi pisləşdi
-
Canəli Nəbiyev xəstəxanaya direktor təyin edildi - (Foto)
-
18 yaşlı azərbaycanlı İsveç siyasətində
-
Günün qoroskopu: Tələsik qərarlar verməkdən çəkinin
-
Koxalski azarkeşlərlə sağollaşdı
-
Azərbaycan futboluna ağır itki - (Foto)
-
Evində ölü tapılan Serhat Mustafa Kılıçın son görüntüləri - (Foto)
-
Brilliant Dadaşovanın arxivi - (Foto)
-
Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
-
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
-
Sabah Yasamalda işıq olmayacaq
-
Nepalda seldə ölənlərin sayı 1344-ə çatıb
-
Ayrılsalar da, övladları üçün bir araya gəldilər - (Video)
-
“Danışsam, bu liqanı ifşa edəcəyəm” - Joao Feliks
-
Toxunduqda dərhal şəkil dəyişən parça hazırlandı
-
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb - Yenilənib
-
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib - Yenilənib
-
"Şamaxinka" istiqamətində yol açılıb, Biləcəri istiqamətində təmir davam edir - Anar Nəcəfli
-
Xankəndidə 4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı
-
Yağış yağacaq, leysan olacaq - xəbərdarlıq
-
Bülənt Ərsoyun milyonluq boyunbağısı - (Foto)





