Hadisə

Toyu olacaqdı, faciəvi şəkildə öldü - FOTO

26 Sentyabr 2024 11:37
Baxış: 1 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağcabədi rayonundakı qəzada ölən şəxs Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olub.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, Mahir Şükürzadə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində xilasedici vəzifəsində çalışıb.

Mərhum nişanlı olub və bu yaxınlarda toyu olacaqmış. Nənəsi vəfat etdiyi üçün toy təxirə salınıb.

Qeyd edək ki, hadisə işdən kənar vaxtı Ağcabədinin Poladlı kəndində qeydə alınıb. Mahir Şükürzadənin idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıdan gələn "Tofaş" markalı avtomobillə toqquşub. Xəstəxanaya yerləşdirilən M.Şükürzadənin həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.