Hadisə

Avtomobillər toqquşdu - Yol kənarında dayanan şəxs xəsarət aldı

16 İyun 2024 11:23
Baxış: 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qoxmuq kəndində qeydə alınıb.

Belə ki, "NİSSAN" və "VAZ" markalı iki minik avtomobili toqquşub, hadisə zamanı avtomobillərdən biri yol kənarında dayanan 1979-cu il təvəllüdlü Davudov Qəhrəman Şamil oğlunu vurub.

45 yaşlı Q.Davudov bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.