Hadisə

Gəncədə zəncirvari qəza - xəsarət alanlar var - FOTOlar

28 Yanvar 2024 10:44
Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Gəncə qapıların yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan iki "Mercedes" və "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəzadan sonra avtomobillər yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar 2002-ci il təvəllüdlü Murad Dadaşov və Mürsəl Nəzərovdur.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.