Hadisə

Şəkidə məşhur istirahət mərkəzində yanğın olub - VİDEO

13 Avqust 2023 18:46
Baxış: 1 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə istirahət mərkəzində yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, axşam saat 17:30-də rayonun Kiş kənd inzibati ərazisində dağlıq-meşəlik ərazinin yamacında inşa edilmiş "Xanlənd Ekstrim Əyləncə Mərkəzi"nin ümumi sahəsi 4 kv/m olan kateclərinin birində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Müfafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində katecin yanar konstruksiyaları və içərisində olan əşyalar yanaraq yararsız hala düşüb.

Yanğın zamanı xəsarət alan olmayıb

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.