Hadisə

Bakıda partlayış baş verən binanın sakinlərinin qalması üçün çadırlar qurulub - VİDEO - FOTO

2 Yanvar 2023 23:57
Baxış: 2 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar binaya qazın verilişinin müvəqqəti dayandırılması səbəbindən bina sakinlərinin gecələməsi üçün Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları tərəfindən ərazidə çadırlar qurulub.

Bu barədə Milli.Az-a FHN-nin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, sakinlərin müvəqqəti qalması üçün nəzərdə tutulmuş çadırlar yaşayış üçün müvafiq şəraitlə təmin olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.