Hadisə

“Azəriqaz”ın direktorundan partlayışla bağlı açıqlama - VİDEO - FOTO

2 Yanvar 2023 22:01
Baxış: 2 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonunda hündürmərtəbəli yaşayış binasında partlayış baş verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ilə bağlı "Azəriqaz" İB-nin direktoru Ruslan Əliyev ictimaiyyətə açıqlama verib.

O bildirib ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri hadisədən çox keçməmiş partlayış baş verən ərazidə olublar:

"Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

İlkin məlumata əsasən, on yeddi mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzildə məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Təhlükəsizlik tədbirləri baxımından dərhal ərazidə qaz təchizatı dayandırılıb. 

Faktla bağlı araşdırma aparılır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.