Hadisə

"Partlayış olan binanda qaz təminatı tam dayandırılıb"

2 Yanvar 2023 18:00
Baxış: 1 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində daha üç mənzilə və liftin şaxtasına da ziyan dəyib, qaz təminatı tam dayandırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev jurnalistlərinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda "Azəriqaz" aid olan məsələlərlə bağlı işlər yerinə yetirilir.

"Binada təhlükəsizlik qaydalarına tam əməl olunduqdan və kəmərlər yoxlanıldıqdan sonra Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıldıqdan sonra binaya qazın verilişi bərpa olunacaq. İlkin olaraq, ehtimal edirik ki, hadisə qaz sızmasından baş verib. Hadisə zamanı digər üç mənzilə və liftin şaxtasına da ziyan dəyib", - o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.