Hadisə

Bakı və Beyləqanda partlayış olub, xəsarət alanlar var

3 Dekabr 2022 11:24
Baxış: 1 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı və Beyləqanda sexlərdə partlayış olub, xəsarət alanlar var.

Milli.Az report-a istinadən xəbər verir ki, dekabrın 2-də Xəqani İsmayılov Binəqədi rayonunda icarəyə götürdüyü avtomobil təmir sexində hava balonunun partlaması nəticəsində xəsarət alıb.

Bundan başqa, eyni gündə İmanov Arif Ramazan oğlu Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən özünə aid təkər təmiri sexində Əliyev Azər Yusif oğlunun gətirdiyi
istilik sisteminin tərkib hissəsi olan genişlənmə çəninə hava vurub. Nəticədə çən partlayıb və Arif İmanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı rayon prokurorluqlarında araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.