Hadisə

Bakıda evində bıçaqlanan ailənin daha bir üzvü xəstəxanada öldü

1 Dekabr 2022 16:10
Baxış: 1 099

Bakıda naməlum şəxs tərəfindən bıçaqlanan ailənin daha bir üzvü dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində evə hücum zamanı bıçaqlanan 1945-ci il təvəllüdlü Şahirə Muradova xəstəxanada ölüb.

Faktı Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

Xatırladaq ki, hadisə noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Yaralılardan daha bir nəfər - 1971-ci il təvəllüdlü Rahil Muradov xəstəxanada dünyasını dəyişib.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Milli.Az

İllik 12,99%-dən 40 000 manatadək zaminsiz komissiyasız kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics