Hadisə

Kafedə sevgilisini döyüb 500 manatını aldı

22 Oktyabr 2022 10:28
Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda quldurluq hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saat 01 radələrində Binə qəsəbəsində yerləşən kafedə Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü C.Novruzov qeyri-rəsmi nikah münasibətində yaşadığı U.Süleymanovanı döyüb. O, qadının üzərində olan 500 manat pulu götürərək hadisə yerindən uzaqlaşıb.

İnsidentlə bağlı polisə müraciət edildikdən sonra C.Novruzov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.