Hadisə

Azərbaycanda şagirdi məktəbdə zorlayıb videoya çəkdilər

19 Oktyabr 2022 16:42
Baxış: 4 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samux rayonu, Qiyaslı kənd orta məktəbində oğlan şagirdə qarşı seksual xarakterli hərəkətlər edilib.

Milli.Az xəbər verir ki, 2008-ci il təvəllüdlü, IX sinif şagirdi öz həmcinsi, 2011-ci il təvəllüdlü şəxsə qarşı bu cür hərəkətlər edib.

Ətrafda olan şagirdlər hadisəni kamera vasitəsilə lentə alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov oxu.az-a bildirib ki, baş verən hadisə barədə Samux Rayon Polis Şöbəsinə məlumat daxil olub:

"Məsələ barədə Polis Şöbəsində cinayət işi başlanıb. Artıq müvafiq ekspertiza təyin olunub, məsələyə hüquqi qiymət veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.