Hadisə

Şəkidə müəmmalı intiharlar - Eyni ərazidə 3 gənc...

11 Oktyabr 2022 12:38
Baxış: 3 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son iki ay yarım ərzində Şəki şəhərinin Dağdibi adlanan ərazisində üç gənc intihar edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, son olaraq oktyabrın 9-u, gecə saat 01 radələrində şəhərin həmin ərasindəki Nəriman Nərimanov küçəsində, bağ sahəsində 1998-ci il təvəllüdlü Sayiq Səbuhi oğlu Sayiqzadə özünü asaraq intihar edib.

Sentyabrın 19-da elə həmin küçədə Şəki şəhər sakini, 21 yaşlı Məhəmməd Rahim oğlu Kərimov canına qıyıb. O da özünü asıb.

Bu ilin 24 iyul tarixində gecə saat 03 radələrində isə N.Nərimanov küçəsinə qonşuluqda yerləşən Muxtar Hacıyev küçəsində 1994-cü il təvəllüdlü Zahir Məzahir oğlu Həmidov eyni üsulla həyatına son qoyub.

Şəkidə son iki ay yarım ərzində eyni ərazidə 3 gəncin oxşar üsulla intihar etməsi sakinlərin narahatlığına səbəb olub.

Hazırda baş vermiş hadisələrlə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.