Hadisə

“Respublikanski”də ana və yeni doğulmuş körpəsi öldü

4 Oktyabr 2022 09:32
Baxış: 1 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni ana olmuş qadın və körpəsi ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, oktyabrın 2-də saat 04 radələrində Yasamal rayonunda yerləşən xəstəxanaya gətirilmiş 1985-ci il təvəllüdlü Abdullayeva Gülnar İlham qızı təbii yolla qız uşağı dünyaya gətirib. Təxminən 6 saat sonra G.Abdullayeva xəstəxanada qəfil vəfat edib. Bundan 3 saat sonra isə onun dünyaya gətirdiyi qızı ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.