Hadisə

İcra Hakimiyyətində qəbul zamanı baş vermiş insident ilə bağlı rəsmi açıqlama

29 Avqust 2022 17:58
Baxış: 4 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gədəbəy rayon İcra Hakimiyyəti baş vermiş insidentlə bağlı açıqlama yayıb.

Milli.Az-a daxil olan açıqlamada deyilir:

Gədəbəy rayonunun Slavyanka kənd sakini, 23.05.1980-ci ildə anadan olmuş Hümbətova Tamara Qəməndər qızı 13 iyul 2017-ci il tarixdə qonşu mübahisəsi ilə bağlı cinayət hadisəsi törətdiyinə görə təqsirli bilinərək Gədəbəy Rayon Məhkəməsinin 08.02.2018 tarixli hökmü ilə 1 il müddətinə islah işləri cəzasına, 30.10.2019-cu il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında xuliqanlıq etdiyinə görə isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, 24.02.2022-ci il tarixdə də Gədəbəy RİH-də xuliqanlıq etdiyinə görə də məhkəmənin qərarı ilə 5 gün müddətinə inzibati qaydada həbs edilmişdir.

Əlavə olaraq bildiririk ki, Gədəbəy RİH başçısının əvvəlcədən müəyyən edilmiş vətəndaşların qrafikinə uyğun olaraq 19.08.2022-ci il tarixdə T.Hümbətova  RİH-in inzibati binasında qəbulda iştirak edən vətəndaşlara, RİH-in əməkdaşlarına, həmçinin şəhid ailələri və müharibə iştirakçılarına qarşı təhqiredici hərəkətlər edərək qəbul prosesini pozmuşdur. Bu səbəbdən Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə o, 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir.

T.Hümbətova məhkəmə zalında  da qeyri-etik və kobud hərəkətlər etdiyi üçün məhkəmə tərəfindən barəsində cinayət işi açılması ilə əlaqədar prokurorluğa məktub göndərilmişdir.

Məlumat üçün bildiririk ki, T.Hümbətovanın müraciəti əsasız və böhtan xarakterlidir. O, dəfələrlə  RİH başçısı tərəfindən qəbul edilmiş və müraciəti ilə bağlı ona izahat verilmişdir. Eyni zamanda qeyd etmək istəyirik ki, T.Hümbətovanın yaxın qohumlarının Vətən müharibəsi iştirakçısı olması həqiqətə uyğun deyildir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.