Hadisə

Avtomobil 64 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

19 Avqust 2022 08:28
0 Şərh     Baxış: 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Avtomobil yolu keçən 1958-ci il təvəllüdlü Hümbətov Namət Yüsif oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin və bədənin müştərək travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.