Hadisə

Bakıda avtomobil şirniyyat mağazasına çırpılıb - FOTO

12 Avqust 2022 08:49
0 Şərh     Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb. İdarəetməni itirən sürücü "Opel" markalı avtomobili yol kənarındakı şirniyyat mağazasına vurub. Hadisə nəticəsində iş yerinə ciddi ziyan dəyib. Mağazanın şüşələri və bir neçə avadanlıq sıradan çıxıb. Yüngün bədən xəsarəti alan sürücü xəstəxanaya çatdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.