Hadisə

Bakıda 3 avtomobil toqquşub, sürücü ağır xəsarət alıb - FOTO

12 Avqust 2022 07:07
0 Şərh     Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Azadlıq prospektindəki dairədə qeydə alınıb.

Əli Məmmədov idarə etdiyi "Opel" markalı avtomobillə dairəyə daxil olub. Həmin maşının sürücüsü ilə parelel olaraq "Kia" markalı nəqliyyat vasitəsi də dairəyə daxil olub. Yol hərəkəti qaydalarını pozan hər 2 sürücü işıqforun qırmızı işığından keçərək "Mercedes" markalı avtomobilə çırpılıb.

Əraziyə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsi və İdarənin əməkdaşları cəlb edilib. "Kia" markalı maşının sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yol Patrul Xidmətinin əməkdaşları bildiriblər ki, "Kia" və "Opel" markalı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını pozub. Qəzaya uğramış hər 3 avtomobil cərimə meydançasına yerləşdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.