Hadisə

Ələt-Astara magistralında yük avtomobili yanıb, yol müvəqqəti bağlanıb - FOTO

8 Avqust 2022 20:06
0 Şərh     Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində yük avtomobili yanıb.

Milli.Az "report"a istinadən bildirir ki, yanğın magistralın 84-cü km-də qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Anar Hüseynovun idarə etdiyi "QAZel markalı yük avtomobili qəflətən alışıb. Yanğın hadisə yerinə cəlb olunan Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və iki texnikası tərəfindən söndürülüb.

Yanğın nəticəsində yol bir müddət bağlı qalıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.