Hadisə

Cəlilabadda ağır qəza: “Hyundai” ilə toqquşan “KamAZ” aşdı - VİDEO

1 Avqust 2022 14:34
0 Şərh     Baxış: 1 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ələt-Astara yolun ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. 

Qəza zamanı "Hyundai" markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan 15-BK-035 dövlət nömrə nişanlı "KamAZ" markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində yük maşını beton arakəsmələrə çırpılaraq aşıb və tamamilə yararsız vəziyyətə düşüb.

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub.

Hüquq-mühafizə orqanlarından faktı təsdiq ediblər.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.