Hadisə

Azərbaycanda qadın ərini boynundan bıçaqladı

29 İyul 2022 16:30
0 Şərh     Baxış: 1 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdədə qadın həyat yoldaşını qətlə yetirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Şorəli kəndində baş verib. 27 yaşlı Aysu Çərkəzli 28 yaşlı həyat yoldaşı Nurlan Çərkəzlini boynundan bıçaqlayaraq xəsarət yetirib. N.Çərkəzli qanaxmadan vəfat edib.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, ilk olaraq N.Çərkəzli arvadını bıçaqlamaq üçün ona hücum çəkib. A.Çərkəzli də özünü müdafiə etmək üçün ərini bıçaqlayıb. Qadının xəsarətləri yüngül olduğundan onun həyatını xilas etmək mümkün olub. N.Çərkəzli isə boynundan xəsarət aldığı üçün xəstəxanaya çatdırılmamış qanitirmədən keçinib. 

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.